«Qarabağ»ın rəqibi Bakıya məğlub gəlir

«Qarabağ» klubunun Avroliqanın qrup mərhələsində rəqiblərindən olan Milan «İnter»i İtaliya «A» Seriyasında növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, «qara-göylər» 14-cü turda doğma divarlar arasında «Udineze»ni qəbul edib.

Bu görüşdə hesabı meydan sahibləri açıb. 44-cü dəqiqədə İkardi fərqlənib. Fasilədən sonra oyunun məcrası qonaqların xeyrinə dəyişib. «Zolaqlılar» 2 qol vuraraq, qalib gəliblər.

Hazırda «İnter» 17 xalla yarış cədvəlində 12-ci pillədə qərarlaşıb. Ağdam klubunun rəqibi avrokubokda növbəti raunda vəsiqəni təmin etdiyindən, Bakıya zəif heyətlə gələcəyini bəyan edib.

Həmin kateqoriyadan