“Qarabağ”ın rəqibi səfərdə “Bohemians”a uduzub

Çex Respublikası 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” səfərdə “Bohemians”la qarşılaşıb.

Libereç təmsilçisi bu matçda məğlub olub – 1:2. “Slovan” hazırda 13 xalla 16 klub arasında 10-cu pillədədir.

Həmin kateqoriyadan