“Qarabağ”ın rəqibi “Vest Hem”in hücumçusunu alıb

“Qarabağ”ın qitə liqasının qrupunda rəqibindən olan “Sevilya” hücum xəttini gücləndirib. Allsport.az saytı saytı xəbər verir ki, la liqa təmsilçisi İngiltərənin “Vest Hem” klubundan Xavyer Ernandesi heyətinə qatıb.

Meksika millisinin hücumçusu artıq Sevilyaya yollanıb. 31 yaşlı futbolçu tibbi müayinədən keçəcək və ardından yeni komandası ilə münasibəti rəsmiləşdirəcək. Bu transfer qarşı tərəfə 9 milyon avro qazandıracaq.

Qeyd edək ki, “Sevilya”nın ilk oyununu sentyabrın 19-da Bakıda “Qarabağ”la olacaq.

Həmin kateqoriyadan