“Qarabağ”ın rəqibi 4 qola sevindi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Dnepr” klubu ötən gün yoxlama matçı keçirib. Allsport.az xəbər verir ki, sözügedən komanda aşağı liqa təmsilçisi “Olimpik”lə üz-üzə gəlib.

Görüş Dnepropetrovsk təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Dnepr” 11 turdan sonra Ukrayna Premyer Liqasında 2-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan