“Qarabağ”ın rəqibinin mövsümdə ilk qələbəsi

Çex Respublikası çempionatında 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” klubu səfərdə “Pribram”la qarşılaşıb.

Libereç təmsilçisi bu görüşdə sevinib – 1:0. Yeni mövsümdə ilk qələbəsini qeyd edən “ag-göylər” 5 xalla 16 komanda arasında 10-cu pillədə qərarlaşıblar.

Həmin kateqoriyadan