«Qarabağ»ın rəqibinin yeni sükançısı danışdı

Avropa Liqasında «Qarabağ»ın rəqibi olan İtaliya «İnter»inin baş məşqçisi postuna gətirilmiş Roberto Mançini ilk mətbuat konfransını keçirib. «Allsport.az»ın İtaliya mətubuatına istinadən xəbər verir ki, mütəxəssis bu komandaya dönüşün xeyirli olacağına əminliyini bildirib.

– Açığı, «İnter»ə dönəcəyimi gözləmirdim. Bu mənim üçün də sürpriz oldu. Hər şey o qədər sürətlə getdi ki, bir də təklifə razılıq verdiyimi anladım. Əslində, heyətin bir çox üzvləri ilə tanış deyiləm. Amma onların gözündə oynamaq istəyini görürəm və bu da məni qane edir. Ona görə də uğur qazanacağımıza və tezliklə İtaliyanın öncül klubları sırasına qayıdacağımıza əminəm.

Ötən gün verdiyimiz xəbərə əsasən, klub rəhbərliyi Mançini ilə danışıqları uğurla başa vurduğu üçün, Valter Matsari ilə yollarını ayırmaq qərarına gəlmişdi.

Keçən il «Qalatasaray»ın sükançısı olmuş Mançini 2004-2008-ci illərdə də Milan nəhənginə başçılıq edib. «Nerazzuri» 49 yaşlı mütəxəssislə 2,5 illik müqaviləni razılaşdırıb.

Həmin kateqoriyadan