“Qarabağ”ın rəqibləri bilindi

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşib. Ağdam klubu bu dəfə üçüncü səbətdə yer almışdı ki, bu da Azərbaycan futbolu tarixində bir ilk idi.

Qurban Qurbanovun komandası püşk nəticəsində İngiltərə nəhənglərindən “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klubları ilə bir qrupa düşüb.

Avroliqanın budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. Belə ki, Avropa Liqasında 2018/19 mövsümünün finalı məhz Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Qasımov da püşkatma zamanı səhnədə yer alıb.

“A” qrupu
“Bayer” (Almaniya)
“Ludoqorets” (Bolqarıstan)
“Sürix” (İsveçrə)
AEK (Larnaka, Kipr)

“B” qrupu
“Zalsburq” (İsveçrə)
“Seltik” (Şotlandiya)
“Leyptsiq” (Almaniya)
“Rusenborq” (Norveç)

“C” qrupu
“Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka)
“Bordo” (Fransa)
“Slaviya” (Praqa, Çex Resp.)

“D” qrupu
“Anderlext” (Belçika)
“Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya)

“E” qrupu
“Arsenal” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“Qarabağ” (Azərbaycan)
“Vorskla” (Ukrayna)

“F” qrupu
“Olimpiakos” (Yunanıstan)
“Milan” (İtaliya)
“Betis” (İspaniya)
“Düdelanj” (Lüksemburq)

“G” qrupu
“Vilyarreal” (İspaniya)
“Rapid” (Avstriya)
“Spartak” (Moskva, Rusiya)
“Reyncers” (Şotlandiya)

“H” qrupu
“Latsio” (İtaliya)
“Olimpik” (Marsel, Fransa)
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Apollon” (Limassol, Kipr)

“İ” qrupu
“Beşikdaş” (Türkiyə)
“Genk” (Belçika)
“Malmö” (İsveç)
“Sarpsborq” (Norveç)

“J” qrupu
“Sevilya” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Standard” (Belçika)
“Ağhasarspor” (Türkiyə)

“K” qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Astana” (Qazaxıstan)
“Renn” (Fransa)
“Yablonets” (Çex Resb.)

“L” qrupu
“Çelsi” (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
“Videoton” (Macarıstan)

Həmin kateqoriyadan