“Qarabağ”ın Romerosu geri dönür

“Qarabağ”ın zədəli futbolçusu Xayme Romero yaxın günlərdə komandaya qoşulacaq. Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, İspaniyada müalicəsini davam etdirən 29 yaşlı yarımmüdafiəçinin fərdi məşqlərə başladığını qeyd edib. Yaxın günlərdə futbolçunun komandanın düşərgəsinə qatılacağı gözlənilir.

Zaqrebdə bərpa prosesi keçən “Qarabağ”ın digər zədəli futbolçusu Filip Ozobiçin taleyi isə oktyabrın 14-15-ində məlum olacaq.

Xatırladaq ki, premyer liqanın V turunun “Zirə” ilə oyununda (3:1) Romeronun çiyni çıxıb. Ozobiç isə çempionlar liqasının “Dundalk”a qarşı Bakıda keçirilən cavab oyununda (3:0)zədələnərək meydanı tərk etmişdi. Xorvatiyalı yarımmüdafiəçinin dizətrafında sümük qırığı aşkarlanıb.

Həmin kateqoriyadan