“Qarabağ”ın zədəliləri ayrı hazırlaşır

“Qarabağ” Antalya toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu ötən günü tək məşqlə başa vurub. 

Axşam saatlarında baş tutan çalışmada futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Sonra qapıya zərbələri yerinə yetirən komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

Zədəli futbolçular Reynaldo Silva və Hacıağa Hacılı fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Həmin kateqoriyadan