“Qarabağ”la oyun 150 avroya

Avropa liqasında böyük sensasiya edərək qrupa düşən “Düdelanj” bu mərhələdə bilet qiymətlərini müəyyənləşdirib. Allsport.az saytı xəbər verir ki, Lüksemburq klubu həm “Qarabağ”, həm “Sevilya”, həm də APOEL-lə qarşılaşmaya eyni məbləğ təyin edib: tribunalar üzrə müvafiq olaraq 75, 100 və 150 avro.

Klub rəhbərliyi “Sevilya” və “Qarabağ”la səfər matçlarına azarkeş aparmağı planlaşdırır. “Dudelanj” qrupda ilk ev oyununu oktyabrın 3-də “Qarabağ”a qarşı keçirəcək. Görüş “Cosi Bartel” stadionunda olacaq.

Həmin kateqoriyadan