“Qarabağ”la oyun öncəsi “Fiorentina” ciddi itki ilə üzləşib

İtaliyanın “Fiorentina” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, “bənövşəyilər”in aparıcı müdafiəçisi Davide Astori sıradan çıxıb.

O, “A Seriya”sının 4-cü turunda “Roma” ilə ev oyununda zədələnib. Böyük ehtimalla, arxa xətt oyunçusu komandasının “Udineze”, “Milan”, eləcə də “Qarabağ”la görüşlərdə meydana çıxmayacaq.

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” oyunu sentyabrın 29-da keçiriləcək.

Həmin kateqoriyadan