“Qarabağ”la oyuna 2 itki ilə hazırlaşır

Topaz premyer liqasının 23-cü turunda evdə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” məşqlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” görüşə itkilərlə hazırlaşır. Sarı vərəqə həddini dolduran Samir Zərgərov və zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra komandaya kömək edə bilməyəcəklər.

Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdır. Yarımmüdafiəçi kollektiv məşqlərdə iştirak edir.

“Kəpəz”in “Qarabağ”la oyun öncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Həmin kateqoriyadan