“Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

Premyer liqasının 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” 1-günlük istirahətin ardından, məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, saat 16:00-da “Sumqayıt Arena”da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb.

Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması martın 3-də “Sumqayıt Arena”da keçiriləcək və 18:30-da start götürəcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan