“Qarabağ”la oyunun hazırlığına başladı

“Neftçi” premyer liqanın 15-ci turunda “Qarabağ” ilə oyunun hazırlığına başlayıb. 

Allsport.az saytı xəbər verir ki, Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün doğma bazada bir araya gəlib. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazılrıq sabah bir məşqlə davam edəcək.

Fevralın 3-də Tofiq Bəhramov adına respublika stadionunda bu oyun saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan