“Qarabağ”la “Qəbələ”nin üzvləri qitə çempionatına yollanmaq şansını saxlayır

Bosniya və Herseqovina yığmsı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Allsport.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçlə “Qəbələ”nin forvardı Ermin Zetsin şərəfini qoruduğu bu komanda səfərdə Kiprlə qarşılaşıb.

Matç 3:2 hesabıyla bosniyalıların xeyrinə başa çatıb. Şehiç qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Zetsin adı isə ümumiyyətlə matçı iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, Bosniya və Herseqovina bu qələbə sayəsində xallarının sayını 17-yə çatdıraraq, qrup üçüncüsü olub. Nəticədə, Şehiçlə Zetsin komandası AÇ-2016-nın final mərhələsinə vəsiqə verəcək pley-off oyunlarında mübarizə aparmaq şansı qazanıb.

Həmin kateqoriyadan