“Qarabağ”lı üçün 150-ci

Millinin üzvü Bədavi Hüseynov “Qarabağ”da 150-ci çempionat matçını keçirib.

Allsport.az saytı xəbər verir ki, 28 yaşlı müdafiəçi “Zirə” ilə görüşə (3:0) start heyətində çıxmaqla buna nail olub. 2012-ci ildən Ağdam klubunda olan Hüseynov 7 mövsümdə keçirdiyi 150 qarşılaşmada 2 qol vurub.

2012-ci ilədək “Sumqayıt”da çıxış edən müdafiəçi çempionatda ümumilikdə 176 oyun keçirib və 2 qol vurub.

Həmin kateqoriyadan