Qaradəniz və Xəzəryanı ölkələrin karate çempionatında

23-25 avqustda Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzəryanı ölkələrin növbəti karate çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, əsasnaməyə görə 7, 8 və 9 yaşlı idmançılar yalnız fərdi və komanda kata yarışlarında çıxış edəcək. Rizə Kapalı Spor Salonunda yarışda 10 yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Xatırladaq ki, təşkilatın çempionatı son üç ildə iki dəfə Sumqayıt və Bakıda keçirilib. Bu təşkilata, Dünya Karate Federasiyasının (WKF) tərkibinə Azərbaycanla birgə, region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir. Cari turnirə 6 ölkədən, 42 bölgəni təmsil edən 109 klubun trəkibində 670 idmançı qatılacaq. Yarışda 200-dək Azərbaycan karateçilsi iştirak edəcək.

Müxtəlif yaşlı idmançılar, hakimlər və məçqşilərdən ibarət geniş tərkibli heyət, AMKF-in dəstəyi ilə turnirə yola düşüb. Qaradəniz və Xəzəryanı Ölkələr Karate Federasiyaları təşkilatının rəhbəri Yaşar Bəşirov, eləcə də yerli və iştirakçı karate federasiyalarının rəsmiləri təntənəli açılış mərasimində iştirak edəcək.

Həmin kateqoriyadan