Qarışıq komanda yarışında 5-ci olduq

Bu gün Milli Gimnastika Arenasında dünya çempionatı başa çatdı. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu, 8-ci günündə qarışıq komanda yarışı keçirildi. Millimiz ilk görüşdə avstriyalı həmkarlarına 4:1 uddu. Sonra eyni hesabla yaponlara yenildi.

Təsəlliverici mücadilədə bizimkilər Niderland yığmasına da 4:1 qalib gəldi. 3-cü yer uğrunda qarşılaşmada rəqib Rusiya kolektivi oldu. Gərgin rəqabətdə şimallılar 5:1 sevindi.

Həmin kateqoriyadan