“Qartallar” evdə qalib gəldi, ilk qolu millimizin hücumçusu vurdu

Almaniya 3-cü liqasının 4-cü turunda “Proyssen” evdə “Kayzerslautern”ə 3:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Rüfət Dadaşovun start heyətdə meydana çıxıb və sonadək çıxış edib.

Komandasının ilk qolunu həmvətənimiz vurub. O, 52-ci dəqiqədə fərqlənib. Bu, futbolçumuzun yeni mövsümdə ilk qoludur.

Münster təmsilçisi 7 xalla 20 klub arasında 6-cı pillədədir.

Həmin kateqoriyadan