“Qartallar” Macarıstan komandasına yenilib

Bu gün “Zirə” Antalyada hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, Ayxan Abbasovun komandsı Macarıstan “Haladaş”ı ilə üz-üzə gəlib.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. “Qartallar” Türkiyədə daha öncə Rumıniyanın “Voluntari” (2:0) və Rusiyanın “Avanqard” (0:3) klubları ilə qarşılaşmışdı.

Həmin kateqoriyadan