“Qartallar” Malavi yığmasının hücumçusu ilə anlaşıb

“Zirə” heyətinə yeni futbolçu əlavə edib. Allsport.az saytı xəbər verir ki, “qartallar” malavili Robin Nqalande ilə anlaşıb.

Hücumçu ilə 6 ay+1 illik şərtiylə müqavilə bağlanılıb. 26 yaşlı forvard son olaraq Cənubi Afrika Respubilkasının “Baroka” klubunda çıxış edib.

O, Malavi yığmasının üzvüdür.

Həmin kateqoriyadan