“Qartallar” Viktor İqbekoyinin 50-ci qolunu özəl qeyd edib

“Zirə”nin premyer liqada ilk qolunun müəllifi Viktor İqbekoyi yenə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, nigeriyalı futbolçu Azərbaycan karyerasında 50-ci qolunu da məhz eyni komandada vurub.

Bu münasibətlə paytaxt klubu legionçunu xüsusi mükafatlandırıb. Komanda üzvləri tərəfindən ona 50 nömrəli idman geyimi hədiyyə edilib.

Yarımmüdafiəçi “Zirə”də 11 nömrəli formanı geyinir.

Həmin kateqoriyadan