“Qartallar”da 2 yubiley birdən

“Zirə” yubiley qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 16-cı turuna təsadüf edib. Səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gələn “qartallar”ın qələbəsi klub tarixində 70-ci olub. 

Yubiley qələbəsi 154-cü matçda gerçəkləşib. Bunlardan 42-si premyer liqa, 19-u 1-ci divizion, 7-si Azərbaycan kuboku, 2-si Avropa liqasında qeydə alınıb.

“Bayıl Arena”da əldə olunan nəticə həm də premyer liqada 15-ci, ümumilikdə isə 30-cu səfər qələbəsi kimi tarixə düşüb. “Qartallar” rəqib meydanlarında 54 olmaqla, 78 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, “Zirə” cari mövsümdə Premyer Liqada ilk dəfə səfərdə 3 xal qazanıb.

Həmin kateqoriyadan