“Qartallar”ın qış planı

“Zirə”nin qış hazırlıq planı bəlli olub. Allsport.az saytı xəbər verir ki, dünən “Neftçi” ilə oyundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək.

Yanvarın 19-na kimi paytaxtda hazırlıq keçəcək Ayxan Abbasovun komandası bu müddətdə bir yoxlama matçına çıxmaq fikrindədi. “Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

Yanvarın 21-də Türkiyəyə yollanacaq komanda hazırlığın ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub.

“Qartallar” fevralın 4-də Bakıya qaydacaq.

Həmin kateqoriyadan