“Qasım Məhəmmədovun finalda üstünlüyü əldən verməsi təcrübəsizliyindən irəli gəldi”

«Taekvondo yarışının ilk günündə tatami üzərinə çıxan üç idmançımızdan ikisi medala sahibləndi. Təbii, qazanılan uğur böyükdür». Bunu allsport.az saytına açıqlamasında ATF-in vitse- prezidenti Niyaməddin Paşayev dedi. Ünlü dayanq ustasının fikrincə, Bakı-2015-də Qasım Məhəmmədovun da 1-ci yer tutmasına təcrübəsizliyi mane oldu:

«Yarpaq Əriş finalda Türkiyə təmsilçisi ilə sonadək əzmkar mübarizə apardı. Qasım Məhəmmədov 9 xal irəlidə olmasına rəğmən, sonda üstünlüyü əldən verdi, «qızıl xal»da uduzdu. Onu qınamıram, gəncdir, təcrübəsizdir. Qarşıdan dünya çempionatı gəlir.

İnşalah, İslam oyunlarında buraxdığı səhvləri orada aradan qaldırar. Sabah daha 5 milli üzvü rəqabətə qoşulacaq. Əminəm ki, sabah onların beşi də finala çıxacaq».

Həmin kateqoriyadan