- Baxış sayı: 36
- 29 Mart 2024 10:58
- Baxış sayı: 161
- Mart 28, 2024
- 0
Topaz premyer liqasının 13-cü turunda “Qəbələ” – “Zirə” matçı yarımçıq qalıb. Allsport.az saytı xəbər verir ki, buna səbəb Qəbələ şəhər stadionunu qatı dumanın bürüməsi olub. 58-ci dəqiqədə baş hakim Vüqar Həsənli görüşü dayandırıb.
Matçı davam etdirmək üçün təxminən yarım saat gözləyən referilər dumanın çəkilmədiyini gördükdən sonra, mübarizəni sabaha qədər təxirə salıblar.
Oyun sabah saat 14:00-da qaldığı yerdən davam etdiriləcək. Buna kimi tərəflər fərqlənə bilməyiblər.