Qazaxıstan, Özbəkistan və Belarusla oyunlar üçün 13 futbolçu

Futzal üzrə Azərbaycan yığması dekabrın 1-dən 4-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək. Allsport.az xəbər verir ki, artıq millimizin heyəti də açıqlanıb.

Yığmamıza dəvət alan futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:

Covani Buranello Laersio (“Araz”)
Rövşən Hüseynli (“Araz”)
Eduardo Mello (“Khazar Islands”)
Seymur Məmmədov (“Ekol”)
Rizvan Fərzəliyev (“Araz”)
İsa Atayev (“Araz”)
Rəcəb Fərəczadə (“Araz”)
Namiq Məmmədkərimov (“Araz”)
Ramiz Çovdarov (“Araz”)
Xətai Bağırov (“Neftçi”İSM)
Samir Həmzəyev (“Araz”)
Fernando Da Silva Amadeu (“Khazar Islands”)
Fineo De Araujo (“Khazar Islands”)

1 dekabr, saat 15.30
Azərbaycan – Qazaxıstan

2 dekabr, saat 15.30
Azərbaycan – Belarus

3 dekabr, saat 17.30
Azərbaycan – Özbəkistan
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Həmin kateqoriyadan