“Millətlər liqası öncəsi bu cür rəqiblə mübarizə aparmaq vacibdir”

“Ay-ulduzlular”ımızın müdafiəçisi Maksim Medvedev Qazaxıstan millisi ilə yoxlama oyunu barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, 0:3 hesablı yenilgiyə belə şərh verib:

“Rəqib yaxşı oyun göstərdi. Bu matç bizim üçün böyük təcrübə oldu. Millətlər liqası öncəsi bu cür rəqiblə mübarizə aparmaq vacibdir. Təbii ki, belə rəqiblə oyunlar qarşıda bizim yaxşı oyun göstərməyimiz baxımından üstünlükdür.

Millətlər liqasında müxtəlif oyun üslüblarına malik komandalar var. Qazaxıstan yığması da o komandalardandır ki, özünəməxsus oyunu var”.

Həmin kateqoriyadan