Qazaxıstanın azərbaycanlı olimpiya çempionu Vətənə gəlib

Azərbaycan millisinin heyətində yeniyetmələtin olimpiya çempionluğunu yaşayan, bir müddət sonra ölkəni tərk edərək bu uğuru ustalar arasında Rio-2016 olimpiadasında Qazaxıstan adına təkrarlayan Nicat Rəhimov Vətənə gəlib. Allsport.az saytı xəbər verir ki, tutullu ağılıqqaldıranı Odlar yurdunda komanda yoldaşları qarşılayıblar.

Yığmamızın olimpiya mükafatçısı Valentin Xristov onunla və digər milli üzvü Nailxan Nəbiyevlə birgə çay süfrəsi önündə “selfi” çəkərək “Facebook” səhifəsində paylaşım edib. Həmyerlimizin ölkəyə nə üçün gəldiyi AAAF tərəfindən rəsmi açıqlanmayıb.

Həmin kateqoriyadan