Qılıncoynadanların paytaxt çempionatında kimlər fərqləndilər?

Qılıncoynatma üzrə Bakı çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda beş klubdan 50-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

Kişilərin sablya yarışlarında Azər Tağıyev qızıl, Cavanşir Ağakişiyev gümüş, Cavanşir Səfərov və Elvin Rzazadə bürünc medala sahib olublar. Qadınlardan ibarət sablya millimizin əsas heyətinin Moskvada təlim-məşq toplanışı və qran-pri turnirində iştirak etdiyi üçün yarış təxirə salınıb. Əsas heyət qayıtdıqdan sonra ayrıca yarış keçiriləcək.

Kişilərin şpaqa yarışlarında isə Etibar Namazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vəkil Nəsibov yarışı 2-ci, Nəcəf Məhərrəmov və Oktay Bagiyev 3-cü pillədə başa vurublar. Qadınların mübarizəsində Məryəm Məlikova 1-ci, Elmira Xudaverdiyeva 2-ci, Nübar Məlikova və Azərin İdriszadə 3-cü olublar.

Yarış iyunun 18-26-da Polşanın Torun şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.

13282188_274584069550069_1819358336_n 14639901321932564587_1000x669

Həmin kateqoriyadan