“Qış kuboku”nun mükafat fondu 45500 manatdır

Bu gün Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində atçılığın konkur növü üzrə “Qış Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir start götürəcək. Allsport.az saytı xəbər verir ki, yarış 3 gün davam edəcək.

Turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları qatılacaqlar. Rəqabətdə, ümumilikdə 20-ə yaxın çapar və 40-a yaxın at iştirak edəcək. “Qış kuboku”na Azərbaycan, Türkiyə, Bolqarıstan, İrandan və Rusyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcəklər.

Turnirin ümumi mükafat fondu 45500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.

Həmin kateqoriyadan