Qitə birinciliyində 3 taekvondoçumuz bürünc medal qazanıb

Latviyanın Dauqavpils şəhərində gənc taekvondoçular arasında qitə birinciliyi keçirilir. Allsport.az saytı xəbər verir ki, 45 ölkədən 448 idmançının qatıldığı yarışın 2-ci günündə Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmamızın 3 üzvü adlarını mükafatçılar sırasına yazdırıb.

Qasım Məhəmmədov ermənistanlı rəqibi Harutyun Karbuzyanı 28:4 hesabı ilə məğlub edib. Ukraynalı İlya Qritsyuk (15:8) və ispaniyalı Xose İgnasio Trexo Munoz (9:0) üzərində inamlı qələbələr qazanan təmsilçimiz, yarımfinala yüksəlib. 1/2 finalda rusiyalı Aleksey Rudniklə gərgin keçən döyüşdə minimal hesabla (20:21) uduzan Qasım Məhəmmədov bürünc medalla kifayətlənmib.

Digər taekvondoçumuz Kamil Abdulrazakov (63 kq) yunanıstanlı Georgios İmvriotisi (15:2), Makedoniya təmsilçisi Kostadin Georgievski (20:4) və danimarkalı Mayk Patrik Smit Anderseni (14:2) yarışdan kənarlaşdırıb. Finala gedən yolda o, serbiyalı Nikola Djurdjevic (Serbiya) səddini keçə bilməyib.

Qızların yarışında ölkəmizi təmsil edən Gülxanım Yaşıldal da bürünc medal qazanıb. O, belaruslu idmançı Svitlana Paçabuta (7:0), almaniyalı Ronda Nata (7:1) və macarıstanlı Senge Patakfala (11:5) şans verməyərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə idmançımız polşalı Patrisa Adamkieviçsə məğlub olub.

Qitə birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan