Qitə birinciliyinin bütün iştirakçıları bəlli oldu

2016-cı ildə Fransada keçiriləcək Avropa Çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib. Allsport.az xəbər verir ki, son olaraq pley-off oyunlarında qalib gələn İrlandiya, Macarıstan, Ukrayna və İsveç yığması növbəti qitə birinciliyinə vəsiqə qazanıb.

Artıq AÇ-2016-nın final mərhələsinin iştirakçıları səbətlərə də bölünüblər. Həmin səbətlərin tərkibi aşağıdakı kimidir:

1-ci səbət: Fransa (ev sahibi), İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çex  Respublikası, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya.

Qeyd edək ki, AÇ-nin final mərhələsinin püşkü dekabrın 12-də Parisdə atılacaq.

Həmin kateqoriyadan