Qitədə 26-cı

Avropada başa çatan 2018-19 mövsümü ilə ölkələrin və klubların əmsalı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, siyahı son 5 ildəki reytinq xallarına görə müəyyənləşib. 

Azərbaycan qitənin 55 ölkəsi arasında 26-cı yerdə qərarlaşıb. 2018-19 mövsümündə klublarımız beynəlxalq arenada 2375 xal toplayıb ki, bu da ümumi reytinq xalının 19000-ə çatmasına səbəb olub. Avrokuboklarda 4 klubla təmsil olunan Azərbaycan Polşa və Qazaxıstandan cəmi 0.250 xal geridə qalıb.

Klubların reytinq siyahısına gəlincə, ilk “100-lüy”ə düşən yeganə komandamız “Qarabağ”dı. Aktivində 22000 xal olan Azərbaycan çempionu “Leypziq”, “Feyenoord” və “Lester”lə birlikdə 69-72-ci sıraları bölüşür. “Qarabağ” Türkiyə çempionu “Qalatasaray”dan cəmi 0.500 xal az toplayıb. 

Azərbaycan kubokunun qalibi “Qəbələ” (6.250) “Düdelanj”la birlikdə 169-170-ci yerləri bölüşür. Siyahıya düşən digər klublarımızdan “Neftçi” (3250) 273-cü, “Keşlə” (3000) 274-cü, “Zirə” (0.500) 275-ci, “Kəpəz” isə (0.500) 276-cı yerləri tutublar. 

Həmin kateqoriyadan