Qız güləşçilərimiz də medalsız qaldı

Serbiyanın Novi Sad şəhərində U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərin ardından, qızlar mübarizəyə qoşulublar.

“Klassiklər” kimi, bu növdə də millimiz medalsız qalıb. Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq) və Elis Manolova (65 kq) 5-ci olublar.

Yeri gəlmişkən, qızlarımız ötən il də mükafat qazanmamışdılar.

Həmin kateqoriyadan