Şərif Şərifov Azərbaycan güləşinin tarixinə düşdü

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında zirvəyə yetişən Şərif Şərifov (92 kq) Azərbaycan güləşinin tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, buna qədər olimpiya (London-2012) və dünya çempionluğunun (İstanbul, 2011) sevincini yaşayan 30 yaşlı bahadır qızıl medallarını dəst edib. Onun şəxsi məşqçisi hazırda AGF-in vitse-prezidenti Firdovsi Umudovdur.

Bu, adı çəkilən idman növündə ilk belə hadisədir. Ümumilikdə isə, həmin uğuru indiyədək stend atıcısı Zemfira Meftəhəddinova (Sidney-2000; Nikosiya DÇ-1995, Qahirə 2001; Saraqosa AÇ-1984, Lahti 1987, İstanbul 1988, Uddevala 2000, Brno 1993, Kouvolo 1997, Brno 2003 ) və taekvondoçu Radik İsayev (Rio-2016; Çelyabinsk DÇ-2015; Bakı AÇ-2014, Qazan 2018) qazanıb.

Həmin kateqoriyadan