“Qızıl oğlanlar” Parisdə 2 Afrika yığması ilə gücünü yoxlayacaq

Millətlər liqasında “ay-ulduzlular”ımızla eyni qrupda yer alan Kosovo yığması Fransaya təlim-məşq toplanışına yollanacaq. Allsport.az saytı xəbər verir ki, rəqib martın 20-dən 27-nə qədər Parisdə hazırlıq keçəcək.

“Qızıl oğlanlar” toplanış çərçivəsində 2 yoxlama matçında da qüvvəsini sınayacaq. Kosovolular ayın 24-də Madaqaskar, 27-də isə Burkina-Faso komandaları ilə görüşücəklər.

Azərbaycan millisi bu rəqiblə sentyabrın 7-də evdə, noyabrın 20-də səfərdə üz-üzə gələcək.

Həmin kateqoriyadan