Qızlarımız paytaxta yığışıblar

16 yaşadək qız futbolçulardardan ibarət Azərbaycan millisi mayın 1-dən 5-dək Bakıda təlim-məşq toplanışında olacaq. Allsport.az saytı xəbər verir ki, komanda ayın 6-dan 11-dək isə Minskdə UEFA inkişaf turnirində iştirak edəcək.

Hazırlığa İlahə Əkbərova, Milana Rəhimova, Lamiə Əlizadə, Rübabə Atakişizadə, Pərvin Səfərəliyeva, Fatimə Əhmədli (hamısı – 8 saylı İOEUGİM), Nərgiz Əliyeva, Züleyxa Zamanlı, Jasmin Abdullayeva (“Keşlə”), Samirə Aşırova, Aysun Muradova, Nübar Eminova, Nigar Bayramova (“Qubek”), Alina Nəhmədova, Leyla Ağayeva (hər ikisi – “Fidan”), Nahidə Məmmədova (“Gənclik”), Ləman Mustafazadə (“İmişli”), Nisrine Zerioul (“Boxum 1848”, Almaniya), İrəm Bir və Səmanur Arzık (ALG Spor, Türkiyə) dəvət olunublar.

Həmin kateqoriyadan