Qızlarımız Türkiyə klubu ilə bacarmadılar

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın qızlardan ibarət U-17 yığması qonşu ölkədə ilk yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, komandamız bu ölkənin İkinci Liqasında çıxış edən “1207 Antalya Muradpaşa Bələdiyyəspor” klubu ilə qarşılaşıb.

Qardaş ölkə təmsilçisinin üstünlüyü şəraitində keçən oyun millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, yığmamız bu komanda ilə yanvarın 9-da və 11-də daha iki yoxlama matçı keçirəcək.

Həmin kateqoriyadan