“Qızmar Bakı qumu” adlı futvole yarışı keçiriləcək

İyulun 29-da Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun birləşməsi) üzrə “Qızmar Bakı qumu” adlı yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət 8 kollektiv 2 qrupda mübarizə aparacaq.

İlk 2 sıranı tutanlar yarımfinala vəsiqə qazanacaq. Qrup çərçivəsində çıxış edəcək qadın idmançılar arasında yığmamızın üzvləri də var.

Qeyd edək ki, futvole üzrə yarış avqustun 5-6-sı Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan