Qoşaçarxçımız Fransada 1-ci oldu

Fransada velosiped idmanının trek növü üzrə 1-ci kateqoriyalı “Fenioux Piste International” turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü yığma komandamız üçün uğurlu alınıb.

Keyrin növündə çıxış edən yığma komandamızın lideri Olqa İsmayılova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.

Həmin kateqoriyadan