YENİLƏNİB
“Qəbələ” də yeni ilə heç-heçə ilə başladı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, 2015-ci ilin ilk sınağında “qırmızı-qaralar” Hollandiyanın PSV klubunun ikinci komandası ilə qarşılaşıb.

Bu görüş baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında birinci qarşılaşma olub.

“Qəbələ” matça bu heyətlə başlayıb: Anar Nəzirov, Ürfan Abbasov, Aleksandru Benqa, Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov, Aleksey Qay, Dodo, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ulisse Diallo.

Hollandiyalıların start heyəti isə belə olub: Yesse Bertrams, Auqustine Loof, Hyörtur Hermannsson, Yordi de Viys, Suentli Alberto, Klint Leemans, Mussa Sano, Farşad Nur, Boris Smilyaniç, Andriya Lukoviç, Ancelo Budoviç.

Qarşılıqlı hücumlar şəraitində davam edən matçda qapılara qol vurulmayıb – 0:0. Oyunun gedişində hər iki komandanın baş məşqçisi heyətdə bir sıra dəyişikliklərə əl atıb. Lakin həm oyunçu əvəz etmələri, həm də taktiki dəyişikliklər hesabda öz əksini tapmayıb.

Beləliklə, 2015-ci ildə ilk sınağına çıxan “Qəbələ” PSV-nin ikinci komandası ilə heç-heçə edib. Komanda növbəti oyununu yanvarın 14-də Türkiyənin Superliqa təmsilçisi “Əskişəhərspor”a qarşı keçirəcək.

Həmin kateqoriyadan