Qrossmeysterimiz Fəcr Sabalan kubokunda

Sabah Mazandaranda şahmatçılar arasında 26-cı Fəcr Sabalan kuboku start götürəcək.

Allsport.az saytı xəbər verir ki, “A” qrupunda 14 ölkədən 81 şahmatçı, o cümlədən 12 qrossmeyster mübarizə aparacaq. Arazın o tayında bizdən yarışın 11-ci reytinqlisi olan beynəlxalq qrossmeyster Azər Mirzəyev iştitak edəcək.

“B” turnirində 14 ölkədən 150 şahmatçı yarışacaq. Azərbaycanı 14 yaşlı ustalığa namizəd Mələk İsmayıl təmsil edəcək. İsveçrə sistemi üzrə keçiriləcək turnir 11 turdan ibarət olacaq.

Həmin kateqoriyadan