Qrup hərəkətləri komandamız Fransada bürünc medal qazanıb

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərində keçirilən ənənəvi qran-pridə çoxnövçülük proqramında fəxri kürsüyə çıxıb.

Allsport.az saytı xəbər verir ki, 16 ölkənin iştirak etdiyi yarışda Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət millimiz ilk icra etdiyi 3 top, 2 iplə kompozisiya onlara 15,050 xal qazandırıb.

Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17,050 xal almağa müvəffəq olublar. Bununla da iki hərəkətin yekununda hesabına 32,100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalıblar.

Həmin kateqoriyadan