Qrupumuzda rəqib Polşa millisindən növbəti qələbə

Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi eydiyi qadın voleybolçuların Avropa çempionatını davam edir. Allsport.az saytı xəbər verir ki, millimizin yer aldığı “A” qrupunda 1 görüş keçirilib. Bakıda ilk oyunda Almaniya yığmasını 3:2 üstələyən polşalılar macarıstanlı həmkarlarına 3:1 qalib gəliblər.  

Paytaxtda baş tutan digər görüşdə (“C”) Bolqarıstan seçməsi ukraynalıları 3:2, ruslar Türkiyə kollektivini 3:1 üstələyiblər.

Tiflisdə təşkil olunan “B” qrupunda Xorvatiya ev sahibələrini 3:1, eyni hesabla İtaliya komandası Belarusu udub.

Göygöl olimpiya idman kompleksində “D” qrupunda Çex Respublikası Belçikanı 3:1, Serbiya voleybolçuları Niderlandı 3:0 yeniblər.

 

Həmin kateqoriyadan