Qubada taekvondo üzrə beynəlxalq “Ümid” kuboku

Qubada “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 22 iyulda başlayacaq yarış iki gün davam edəcək. Olimpiya İdman Kompleksindəbaş tutacaq tədbir 2008-2009, 2006-2007-ci il təvəllüdlü uşaq, 2003-2005 –ci il təvəllüdlü yeniyetmə və 2000-2002-ci il təvəllüdlü gənc taekvondoçular arasında təşkil ediləcək.

Sınaqda respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı Rusiya, Gürcüstan, İran və İrak idmançılarıda mübarizə aparacaq. “DAEDO İnternational” taekvondo sistemilə keçiriləcək turnirində mükafatçılar sırasında yer alan idmançılar “Ümid” taekvondo klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.

Həmin kateqoriyadan