Qurban Qurbanov 1 pillə irəliləyib

Dünyanın futbol məşqçilərinin yeni reytinq açıqlanıb. Allsport.az saytı xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 460-cı yerdə qərarlaşıb. O, ötənlə müqayisədə 1 pillə irəliləyib.

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 123 xalla 961-ci sıradadır. İtaliyalı mütəxəssis elə bu pillədə idi.

Əmsalda “Barselona”nın baş məşqçisi Ernesto Valverde hamıdan öndədir.

Həmin kateqoriyadan