Qurban Qurbanov 2 futbolçunu komandadan uzaqlaşdırıb

Bu gün Azərbaycan millisi millətlər liqasının 2-ci turunda səfərdə Malta futbolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, artıq “ay-ulduzlular”ımızın oyun üçün iştirak ərizəsi açıqlanıb. UEFA-nın rəsmi portalında yerləşdirilən siyahıda 2 futbolçumuzun adı yer almayıb.

Bunlar “Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadəylə “Səbail”in hücumçusu Ruslan Qurbanovdur. Baş məşqçi Qurban Qurbanov Maltaya aparılan və sərəncamında olan bu 2 futbolçunu 23 nəfərlik iştirak ərizəsinə daxil etməyib.

Həmin kateqoriyadan