Qurban Qurbanov: 90 dəqiqə diqqətli olmalıyıq

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ” evdə İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında öz fikirini açıqlayıb:

“Qrupda son oyunumuzdu. Hər bir oyun nə qədər vacibdisə, digəri ondan da lazımlıdı. Sabahkı görüş də əvvəlkilərdən vacibdir. Rəqibimiz İtaliya komandasıdı. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədir qrupdan çıxmağa çalışırıq.

Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçuların üzərinə böyük məsuliyyət düşəcək. 90 dəqiqə diqqətli olmalıyıq. Rəqib daima yerdəyişmə edir. Onların təcrübəsi də bizə mane ola bilər. “Fiorentina” digər rəqiblərdən fərqlənir. Bizim də təcrübəmiz var. Mübarizədən qaçmırıq. Ən yaxşısını etməyə çalışacağıq”.

Həmin kateqoriyadan