Qurban Qurbanov: Az səhv etməyə çalışacağıq

Çempionlar liqasının qrup mərhələsinin 5-ci turunda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis sabahkı görüş barədə bunu söyləyib:

“Bizi ağır oyun gözləyir. Həm rəqib, həm də bizim üçün çox vacib matç olacaq. Bakıdakı son oyunumuzdur. Rəqibin gücünü bilirik. Az səhv etməyə və meydanda sona kimi mübarizə aparmağa çalışacağıq”.

Həmin kateqoriyadan